Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “TVP World” telekanalına müsahibəsində Azərbaycanla sülh gündəliyinə dair açıqlama verib.
Doğru.az xəbər verir ki, Mirzoyan müsahibəsində Azərbaycanın bəzi ilkin şərtlər irəli sürdüyünü, lakin Ermənistan tərəfinin bu gündəliyi bölüşmədiyini bildirib. Bununla yanaşı, nazir sülh müqaviləsinin mətninin artıq razılaşdırıldığını və paraflandığını qeyd edib. O, tərəflərin ən qısa zamanda sənədi imzalamağa hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyanın təyyarəsinin xaricə səfəri zamanı ilk dəfə Azərbaycan ərazisindən keçdiyi açıqlanmışdı.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin də münasibət bildirərək Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşdığını qeyd edib.
DOĞRU.AZ