Hollandiyanın Eyndhoven hava limanında dronların səmada görünməsi səbəbindən hava hərəkəti tam şəkildə dayandırılıb.
Doğru.az xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Ruben Brekelmans X sosial şəbəkəsində məlumat yayıb. Nazir bildirib ki, hava limanı ərazisində bir neçə pilotsuz uçuş aparatı aşkarlanıb.
“Bu səbəbdən mülki və hərbi hava hərəkəti dərhal dayandırılıb”, – Brekelmans qeyd edib.
Xatırladaq ki, noyabrın əvvəlində Belçika da pilotsuz təyyarələrlə bağlı təhlükəsizlik səbəblərinə görə bütün hava məkanını müvəqqəti bağlamışdı.
DOĞRU.AZ




























