Meksikalı rəssam Frida Kahlonun “Yuxu (Yataq)” adlı avtoportreti hərracda 54,7 milyon dollara satılaraq qadın rəssamların əsərləri üzrə yeni qiymət rekordu müəyyən edib.
Doğru.az xəbər verir ki, 1940-cı ildə çəkilmiş tablo Associated Press-in məlumatına görə, Corciya O’Kiffenin 2014-cü ildə 44,4 milyon dollara satılan “Datura/White Flower No. 1” əsərinin rekordunu geridə qoyub.
Frida Kahlo 1907-ci il iyulun 6-da alman fotoqraf ailəsində dünyaya gəlib. Uşaqlıqda poliomielit keçirməsi və 18 yaşında ağır avtomobil qəzası həyatına ciddi təsir göstərsə də, bu sarsıntılar onun yaradıcılıq əzmini qıra bilməyib. Çoxsaylı əməliyyatlara baxmayaraq, o, xəstəxana çarpayısında rəsm çəkməyə başlayaraq dünya sənətinə möhtəşəm əsərlər bəxş edib.
DOĞRU.AZ




























