Amerikalı general və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri kiçik Çarlz Braun Çinin Tayvanı hərbi yolla ələ keçirmək planlarına şübhə etdiyini bildirib.
Bu barədə Bloomberg məlumat yayıb.
Generalın sözlərinə görə, Pekin bunun üçün başqa üsullardan istifadə edə bilər.
Bundan əlavə, Braun çinli həmkarı general Liu Zhenliyə kommunikasiya kanallarının yaradılması üçün məktub göndərdiyini, lakin hələlik onunla birbaşa əlaqə saxlamadığını bildirib.