image-n1karobka_ads
image-123
image-69352a15ae5ac906896baf73backend

Günəşdə iki güclü alışma qeydə alınıb

image-ad_qayo_720x110px

Alimlər Günəş səthində M sinfinə aid iki güclü alışma müşahidə ediblər.

Doğru.az xəbər verir ki, bu barədə məlumat Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası tərəfindən yayılıb. Laboratoriyanın Telegram kanalında qeyd olunub ki, bir neçə günlük sükutdan sonra Günəş diskinin mərkəzində 4299 (əvvəlki 4274) nömrəli aktiv bölgədə ikiqat M sinifli alışma baş verib.

Hadisə dekabrın 6-da axşam saatlarında qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl Moskva Fizika-Texnika İnstitutunun baş elmi işçisi Yevgeniya Kravçenko bildirərək, Moskva və Rusiyanın digər bölgələrində yaşayan insanların nəhəng günəş ləkələrini müşahidə edə biləcəyini, bu görüntünün “Şaxta Babanın şimal maralı kirşəsinə” bənzədiyini qeyd etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki