Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası ötən gecə Günəşdə X1.9 səviyyəli parlamanın baş verdiyini bildirib.
Doğru.az xəbər verir ki, laboratoriyanın məlumatına görə, parlama Moskva vaxtı ilə saat 5:49-da Günəşin şimal-şərq kənarında, No 4274 bölgəsində qeydə alınıb. Bu hadisə iki həftəlik fasilədən sonra baş verib.
Alimlər qeyd edirlər ki, eyni bölgənin son iki ayda bütün yüksək Günəş aktivliyinə səbəb olması maraq doğurur. Oktyabrın ikinci yarısından bəri bu bölgə 3I/ATLAS ulduzlararası obyektinə plazma emissiyaları verib və noyabrın birinci yarısında Yeri də təsir edib.
Növbəti həftə üçün Günəşdə aktivliyin yüksək olacağı proqnozlaşdırılır.
DOĞRU.AZ




























