Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Rusiyaya qarşı sanksiyaların tətbiqini ayağına güllə atmaqla müqayisə edib.
TASS xəbər verir ki, onun sözlərinə görə, bunu həm ölkə vətəndaşları, həm də beynəlxalq tərəfdaşlar anlayır.
“Əgər bu gün Rusiyanın hansısa nümayəndəsi deyirsə ki, günəş şərqdən çıxır, biz deməliyik ki, bu belə deyil? Buna müqavimət göstərmək? Sanksiyaların tətbiqinin öz ayağına güllə olması faktı hamının bildiyi həqiqətdir – Gürcüstan vətəndaşları, xarici tərəfdaşlar”, – Papuaşvili bildirib.
O, bir daha Tiflisin öz maraqlarından çıxış etdiyini vurğulayaraq, Rusiya nümayəndələrinin indiki hökumətin niyə getdikcə daha çox təriflənməsi sualına cavab verib.