Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı üzrə xüsusi nümayəndəsi Dirk Şubel bildirib ki, Gürcüstan Avropa İttifaqına üzv olacaq.
“Avropa İttifaqı Gürcüstanın yanındadır və biz şübhə etmirik ki, gələcəkdə bu ölkənin Avropa İttifaqının üzvü olacaq”, – Şubel bildirib.
O qeyd edib ki, hazırda Brüsseldə Gürcüstanın Aİ tövsiyələrini yerinə yetirməsi ilə bağlı Avropa Komissiyasının hesabatı üzərində yekun iş gedir. Hesabatın noyabrın 8-də açıqlanması gözlənilir.
Mənbə: Haber Global