image-2000x150px
image-123
image-ads_atlas
image-rian_3258736-hr-ru-pic905-895x505-87929backend

Gürcüstanda oğru dünyasının üzvləri saxlanılıb

image-728x90px

Gürcüstanda polis və prokurorluq kriminal aləm üzvlərinin axtarışı və saxlanılması üçün böyük xüsusi əməliyyat keçirib, 18 nəfəri tapmağa nail olub.

Bu barədə Sputnik Gürcüstan məlumat yayıb.

Əməliyyat tədbirləri Tbilisi, Acarıstan, Quriya, Sameqrelo və Şida Kartlidə baş verib. Saxlanılan 18 nəfərdən 5-i qanuni oğrulara dəstək olmaqda, 6-sı qanunsuz fəaliyyətdə iştirakda, 7-si kriminal avtoritetlərə müraciət etdiklərinə görə həbs edilib.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, təqsirləndirilən şəxslər xaricdə yaşayan qanuni oğrular Ruslan Qeqeçkori, Tengiz Xoperiya, Ceyran Kintsuraşvili, Revaz Morçiladze və Paata Bakradze ilə əlaqə saxlayıblar. Müraciət edənlər şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında maddi problemləri həll etməyə çalışıblar.

Nəticədə yerli kriminal mühitin nümayəndələri oğrular arasında qarşıdurma təşkil edərək onlara pul ödəməyi əmr ediblər. Qanuni oğruların tələblərini yerinə yetirməkdən boyun qaçırdığı halda, qarşıdurma iştirakçısı fiziki cəzalandırılıb.

Faktla bağlı cinayət işi açılıb.

Mənbə: Sputnik

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki