Miqrasiya və sığınacaq naziri vəzifəsini icra edən Mona Keizer bildirib ki, Hollandiya ukraynalı qaçqınlar üçün xüsusi bələdiyyə mərkəzlərinin fəaliyyətini dayandıra bilər.
Doğru.az xəbər verir ki, TASS agentliyinin sitat gətirdiyi məktubda Keizer qeyd edib ki, hökumət ukraynalı qaçqınların “müstəqil yaşayış yerinə keçid planı” hazırlamağa başlayıb.
Bundan əvvəl Britaniyanın Daily Mail qəzeti Ukraynadan Şotlandiyaya gələn qaçqınların evsiz qala biləcəyini yazmışdı.
DOĞRU.AZ




























