İordaniya kraliçası Rania hesab edir ki, oktyabrın 7-də İsrail xalqına hücum edən radikal Fələstinin HƏMAS hərəkatının tamamilə məhv edilməsi Fələstin-İsrail münaqişəsini aradan qaldıra bilməyəcək.
Amerikanın CNN telekanalına müsahibəsində o qeyd edib ki, bu münaqişənin kökləri “qanunsuz işğalda”, insan hüquqlarının pozulmasında və qeyri-qanuni yaşayış məskənlərinin salınmasındadır. Kraliça bütün bunların kök səbəbini aradan qaldırmağa çağırdı.
Kraliça İsrail hakimiyyətinin Qəzza zolağında mülki hədəflərə zərbə endirməzdən əvvəl yaydığı xəbərdarlığın praktiki olaraq işə yaramadığı fikrini ifadə edib, çünki oktyabrın 7-dən anklavda elektrik enerjisi kəsilib.
Monarx bunu İsrail hakimiyyətinin öz hərəkətlərinə legitimlik vermək cəhdi adlandıraraq, HƏMAS-ın guya dinc əhalidən canlı qalxan kimi istifadə etdiyini deyərək onlara haqq qazandırıb. Eyni zamanda o, insanlardan canlı qalxan kimi istifadənin cinayət olduğunu vurğulayıb.
Mənbə: CNN Türk