İsveçin paytaxtında son 15 ildə ilk dəfə neonasistlərin və ifrat sağçı qrupların iştirak etdiyi yürüş təşkil edilib.
Doğru.az xəbər verir ki, swedenherald.com portalının məlumatına görə, məşəl yürüşündə təxminən 150 nəfər iştirak edib.
Sosial Demokratların hüquq siyasəti üzrə sözçüsü Teresa Carvalho vəziyyəti təhlükəli adlandırıb: “İndi nasistlər yenidən küçələrimizdə yürüş edir. Bu, dəhşətli və təhlükəlidir. Biz reaksiya verməli və sağçı ekstremizmin bu dalğasına qarşı mübarizə aparmalıyıq”, – deyə o bildirib.
Yürüş zamanı bir polis əməkdaşının yaralandığı və 15 nəfərin saxlanıldığı qeyd olunur.
“Salem marşı” adlandırılan aksiya, 2000-ci ildə Stokholm yaxınlığında immiqrant olmaqda şübhəli bilinən şəxslərlə qarşıdurma zamanı öldürülən 17 yaşlı millətçi skinhed Daniel Wredströmün ölümünün 25-ci ildönümünə təsadüf edib.
DOĞRU.AZ




























