image-2000x150px
image-123
image-ads_atlas
image-ap22295359591582-pic_32ratio_900x600-900x600-29234backend

İtaliya Ukraynada atəşkəs perspektivini dəyərləndirib

image-728x90px

İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib ki, Ukraynada möhkəm sülh yalnız hərbi əməliyyatlara əsaslana bilməz, lakin münaqişə tərəfləri arasında siyasi barışıq üçün vaxt hələ çatmayıb.

O, bu fikri Quotidiano Nazionale-yə müsahibəsində bildirib.

“Aydındır ki, davamlı sülh yalnız hərbi əməliyyatlara əsaslana bilməz. Siyasi “barışıq” lazımdır. Bunun vaxtı hələ çatmayıb, amma ümid sonuncu ölür”, – Krosetto bildirib.

Onun sözlərinə görə, mətbuatda Ukraynadakı hadisələrə diqqət zəifləyib, lakin Qərbdən Kiyevə dəstək dəyişməz olaraq qalır.

Bundan əvvəl İtaliya Müdafiə Nazirliyinin rəhbəri Ukraynadakı münaqişənin getdikcə “qanqrenaya” çevrildiyini bildirmişdi.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki