SHOT Telegram kanalının məlumatına görə, rusiyalı turistlər İtaliyanın MSC Euribia kruiz gəmisində digər əcnəbilərdən ayrı tutulub.
Doğru.az xəbər verir ki, nəşrin iddiasına görə, sərnişinlər eyni nahar biletləri ilə fərqli restoranlara göndərilib: rusiyalı turistlərə sadə, əzilmiş süfrəli restoran, digərlərinə isə pulsuz köpüklü şərab təqdim olunan daha dəbdəbəli masa ayrılıb.
Rusiyalıların sözlərinə görə, gəmi təxminən 6000 nəfər üçün nəzərdə tutulub və onların əksəriyyəti italyan sərnişinlərdən ibarətdir. Qeydiyyat zamanı ruslara xüsusi cədvəl və restoran adı verilib. Onlar bildirdiblər ki, nahar zamanı “heç bir əcnəbi ilə qarşılaşmayıblar”.
Məlumata görə, kruizin son günündə bir neçə rusiyalı turist nahara gecikib və onlara eyni qiymətə başqa restoran təklif edilib. Həmin restoranda əcnəbilərin də olduğu və xidmətin daha yüksək səviyyədə təqdim edildiyi deyilir.
Tur operatorları isə izah ediblər ki, “kruiz xətti sərnişinləri restoranlara bir dəfəlik bölür”, lakin bunun hansı prinsipə əsaslandığı məlum deyil.
DOĞRU.AZ




























