image-2000x150px
image-123
image-ads_atlas
image-kjsg7k95rp7pbiypf25gvbdw1y0merw4wpcbg5nhbackend

“Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

image-728x90px

Bu ilin 22-23 iyun tarixlərində Bakıda “Kənd təsərrüfatının proqnozlaşdırılması: inkişaf etməkdə olan ölkələr üçün çağırışlar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək konfrans hibrid (canlı və onlayn) formada təşkil olunacaq.

Konfransın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrinin tədqiqatçı və ekspertlərini bir araya gətirməklə inkişaf etmiş ölkələrdə kənd təsərrüfatı sahəsində tətbiq olunan modelləşdirmə və proqnozlaşdırma metodları ilə bağlı bilik və təcrübələrin digər dünya ölkələri ilə mübadiləsi, bu sahədə tədqiqat işlərinə və təhlil alətlərinə əlçatanlığın artırılması, eləcə də elmi-tədqiqat sahəsində beynəlxalq və regional əməkdaşlığın genişləndirilməsinə xidmət edən platformanın təşkil edilməsidir.

Konfrans çərçivəsində iştirakçıların Avropa Birliyi ölkələri tərəfindən kənd təsərrüfatı sahəsində tətbiq olunan modellər və proqnozlaşdırma metodları, həmçinin digər ölkələrdə aqrar sahənin modelləşdirilməsi və proqnozlaşdırılması sahəsində mövcud olan təcrübələr, konseptual yanaşmalarla bağlı məlumatlar və praktiki biliklər əldə etmələri üçün müzakirələr təşkil ediləcək.

Konfransda müasir dövrdə müxtəlif amillərin kənd təsərrüfatına təsirlərinin proqnozlaşdırılması ilə bağlı aparılan çoxsaylı tədqiqatların nəticələri müzakirə olunacaq, inkişaf etmiş ölkələr və beynəlxalq təşkilatlar tərəfindən tətbiq olunan proqnozlaşdırma metodları və alətləri barədə təqdimatlar keçiriləcək.

Həmçinin, konfransa kənd təsərrüfatının iqtisadiyyatı və ərzaq təhlükəsizliyi problemləri üzrə statistik, ekonometrik və digər modelləşdirmə metodlarından istifadə edilməklə aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin əks olunduğu məqalələr göndərilə bilər. Tədqiqat işləri kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi məsələləri üzrə milli, regional və qlobal səviyyədə əhəmiyyət kəsb edən kənd təsərrüfatı sahəsində artımın proqnozlaşdırılması, aqrar sahənin dayanıqlı inkişafına təsir edən amillərin qiymətləndirilməsi, bu sahədə dövlət tənzimləməsinin effektivliyinin qiymətləndirilməsi, kənd təsərrüfatı sahəsi ilə iqtisadiyyatın digər sahələri arasında qarşılıqlı təsirlərin qiymətləndirilməsi və iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirinin qiymətləndirilməsi mövzularını əhatə etməlidir.

Konfrans barədə ətraflı məlumatla aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür.

http://agroprojectionsconference.az/

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki