ABŞ prezidentinin oğlu, kiçik Donald Tramp Dohada keçirilən forum zamanı Monakoda Ukrayna nömrəli superkarların çoxluğundan qəzəbləndiyini bildirib.
Doğru.az xəbər verir ki, o, yayda sevgilisi ilə Monakoya səfər etdiyini və adi bir gündə superkarların 50%-nin – Bugattis, Ferraris və digər markaların – Ukrayna nömrələri ilə olduğunu qeyd edib: “Doğrudanmı biz bütün bunların Ukraynada qazanıldığını düşünürük?”
Kiçik Tramp həmçinin Ukraynanın zəngin ölkə sayılmadığı halda yüksək rütbəli Ukrayna rəsmilərinin yüz milyonlarla dolları mənimsəməkdə ittiham olunmasına təəccübləndiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını Ukraynadakı korrupsiyaya laqeyd qalmaqda ittiham etmişdi.
DOĞRU.AZ




























