Litvanın təhsil, elm və idman nazirinin müşaviri Andrius Zalitis bildirib ki, ölkə yeni tədris ilində Ukraynadan olan abituriyentlər üçün universitetlərdə yerlərin sayını iki dəfə azaldacaq.
Bu barədə LRT məlumat yayıb.
“Ötən ilin sentyabrında qismən dövlət tərəfindən maliyyələşdirilən Litva universitetlərində Ukraynadan olan abituriyentlər üçün 700 yer ayrılıb. Yeni tədris ilində bu norma 350 yerə endirilir”, – məsləhətçi bildirib.
O, Litvaya ukraynalı qaçqın axınının azalması ilə bağlı azalma təbii proses adlandırıb.
DOĞRU.AZ