Blok açıldıqdan sonra Macarıstan respublikada qanunun aliliyi prinsiplərinin pozulduğundan ehtiyatlandığı üçün Avropa İttifaqının əvvəllər Budapeşt üçün dondurduğu pulun bir hissəsini ala bilər.
Reuters bu barədə Avropa rəsmilərinə istinadən xəbər verir.
Avropa rəsmiləri ötənilki məhkəmə islahatlarının ölkənin məhkəmə sisteminin müstəqilliyinə töhfə verdiyini deyirlər.
“İndi bu, çox güman ki, reallaşacaq. Və bu, nəhayət, hər şey qaydasında olsa, müəyyən məbləğdə pulun buraxılmasına səbəb olacaq”, – mənbə bildirib.
Mənbə: Sputnik