image-ads_n1karobka_mobile
image-6925f875ae5ac909095e4d84backend

Merz Almaniyadakı əmək qabiliyyətli ukraynalı qaçqınların işləməli olduğunu bəyan edib

Almaniya kansleri Fridrix Merz bildirib ki, işləmək qabiliyyəti olan ukraynalı qaçqınlar sosial müavinətlə yaşamamalı, iş tapmalıdırlar.

Doğru.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.

Merz vurğulayıb: “Bəli, biz həqiqətən də bu qaçqınlara kömək etmək istəyirik. Amma əgər onlar işləyə bilirlərsə, o zaman işləməlidirlər”.

Kansler qeyd edib ki, Almaniyada ukraynalı qaçqınların məşğulluq səviyyəsi hazırda Avropa İttifaqında ən aşağı göstəricilərdən biri olaraq qalır – təxminən 30%. Bəzi Aİ ölkələrində isə bu göstərici 70%-i ötür. Onun sözlərinə görə, bu fərq “qəbuledilməzdir”.

Fridrix Merz əlavə edib ki, Almaniyada ilkin sığınacaq müraciətlərinin sayı son bir ildə 60%-dən çox azalıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki