Moldova ilə münasibətlərdə Avropa İttifaqı Avropayönlü müxalifətdən yayınaraq, yalnız indiki hökumətlə qarşılıqlı əlaqəyə üstünlük verir.
Qaqauzinfo xəbər verir ki, bu fikirləri Qaqauziyanın keçmiş rəhbəri İrina Vlah deyib.
“Moldova Prezidenti Maia Sandu Avropaya inteqrasiya mövzusunu özəlləşdirib. Avrointeqrasiyanı yalnız PAS partiyası ilə əlaqələndirməyimiz böyük səhvdir”, – Vlah izah edib.
PAS 2016-cı ildə Moldovanın hazırkı prezidenti Maia Sandu tərəfindən təsis edilmiş Moldova Fəaliyyət və Həmrəylik Partiyasıdır.
Mənbə: Sputnik