Moldovada müxalif Kommunistlər və Sosialistlər Bloku fraksiyasının deputatları ölkədə fövqəladə vəziyyətin daha 30 gün uzadılmasına etiraz olaraq parlament zalını tərk ediblər.
Bu barədə deputat Konstantin Starış çıxışında bildirib. İclas qanunverici orqanın internet saytında yayımlanıb.
“Fövqəladə vəziyyət hakimiyyət tərəfindən müxalifəti sıxışdırmaq və qanunları pozmaq üçün istifadə olunur. Biz etiraz əlaməti olaraq iclası tərk edirik”, – deyə deputat bildirib.
Respublika parlamentinin sədr müavini Vlad Batrinça qeyd edib ki, fövqəladə hallar komissiyasının səlahiyyətləri xeyli artıb və onlar qərarlarını mərkəzi seçki komissiyasından, prokurorluqdan və məhkəmələrdən yan keçərək qəbul edirlər.
O bildirib ki, iki ildən artıqdır ki, komissiya heç vaxt parlamentə hesabat verməyib.
Mənbə: Sputnik