image-n1karobka_ads
image-123
image-jvcucv-pic_32ratio_900x600-900x600-22818backend

Müğənni Şakira “Barselona”nın keçmiş futbolçusu Pike üçün 120 milyon avro xərcləyib

Müğənni Şakiranın vəkili Pau Molins “Barselona”nın keçmiş futbolçusu Jerar Pike ilə münasibəti zamanı müvəkkilinin xərcləmələrindən danışıb.

Onun sözlərini Daily Mail yayıb.

“Şakiranın ehtirası ona 120 milyon avroya başa gəldi. Əgər o, Serxio Ramosa aşiq olsaydı, Gerard Pikeni sevsəydi, bu, ona daha ucuz başa gələrdi.

Deyirlər ki, bütün ispanlar bərabərdir, amma belə çıxır ki, Kataloniyada yaşayırsansa, eyni şeyi etsən də, Madriddə həbs oluna bilməyəcəyin bir cinayətə görə həbsxanaya düşə bilərsən. Çünki Madriddə sərvət vergisi yoxdur”, – Molins bildirib.

Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra onların ilk övladı Milan, iki ildən sonra isə ikinci oğlu Saşa dünyaya gəldi. 2022-ci ilin yayında müğənni xəyanətinə görə futbolçunu tərk edib.

Mənbə: haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki