image-2000x150px
image-1663139631_untitled-1backend

Nazir sentyabrın 24-də-də Qazax rayonunda vətəndaşları qəbul edəcək

image-728x90px

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən 16 sentyabr 2022-ci il tarixində Qazax rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi dəyişdirilib.

Nazir sentyabrın 24-də, saat 09:00-da Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qazax, Ağstafa  və Tovuz  rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinə (055-2106484) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə zəng etməklə (1652) qeydiyyatdan keçmək olar.

Qəbula gələn vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki