Fransa polisi Paris metrosunda ravvinə hücum etməkdə şübhəli bilinən suriyalı yeniyetməni saxlayıb.
Bu barədə Valeurs Actuelles nəşri hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Məqalədə iddia olunur ki, hücum edən şəxs əvvəlcə ravvinlə ərəb dilində danışıb, daha sonra onu kürəyindən bıçaqlayıb və hadisə yerini tərk edib. Polis tez bir zamanda yeniyetməni saxlayaraq polis bölməsinə aparmağa nail olub.
Mövcud məlumata görə, Saint-Denisdə yaşayan 14 yaşlı suriyalının zorakılıq əməlləri törətmək tarixi var.
Mənbə: A Haber