Apple növbəti flaqman seriyası – iPhone 18 üçün ciddi yeniliklər hazırlayır.
Doğru.az xəbər verir ki, PhoneArena-nın məlumatına görə, şirkət cihazın ön panelini tam yenidən dizayn edəcək. Belə ki, Face ID biometrik sensoru və ön kamera birbaşa displeyin altına yerləşdiriləcək. Bu isə mövcud Dynamic Island elementinin tamamilə aradan qaldırılması deməkdir.
Yeni seriyaya həmçinin 2 nanometrlik proseslə hazırlanan A20 və A20 Pro prosessorları daxil olacaq. Bildirilir ki, bu texnologiya cihazın daha az enerji sərf etməsinə, qızmanın qarşısının alınmasına və ümumi performansın artmasına imkan verəcək.
Mənbənin məlumatına görə, iPhone 18-də proqram təminatı da “daha müxtəlif” olacaq. Google Gemini və digər üçüncü tərəf süni intellekt xidmətlərinin iPhone sisteminə inteqrasiyası mümkündür. Bu addım Apple-ın öz Apple Intelligence platformasını gücləndirməsinə və Galaxy, Pixel kimi rəqiblərlə rəqabəti artırmasına şərait yaradacaq.
Qeyd edək ki, NTC IT ROSA və Rutek direktorlar şurasının üzvü Sergey Kravtsov daha əvvəl istifadə olunmuş telefon alarkən risklərdən yayınmağın yolları barədə danışmışdı. Digər tərəfdən, Rəqəmsal İnkişaf Nazirliyi Apple-ı FAS tələblərinə əməl etməməsi ilə bağlı xəbərdarlıq edib.
DOĞRU.AZ




























