image-n1karobka_ads
image-123
image-2023-10-19t082237z_1636453829_rc20t3acr378_rtrmadp_3_poland-politics-pic_32ratio_900x600-900x600-28158backend

Polşada referendumda prezident Dudanın səlahiyyət müddətinin azaldılması təklif edilib

Polşanın keçmiş prezidenti Lex Valeza hazırkı dövlət başçısı Anjey Dudanın prezidentlik müddətinin referendum yolu ilə qısaldılmasını təklif edib.

O, bu barədə Wyborcza qəzetinə müsahibəsində bildirib.

Valesanın nöqteyi-nəzərindən ölkə prezidenti öz xalqının maraqlarını deyil, Yaroslav Kaçinskinin “Qanun və Ədalət” partiyasının şəxsi mənfəətini və maraqlarını düşünür.

“Mən bu gün xalqdan soruşmağı təklif edirəm: bu adamın nə etdiyini görürsünüzmü? Görürsünüzmü vətənpərvərlik necə məhv edilir? Əgər bunu etsək, onun bu vəzifədən getməsini sürətləndirəcəyik, çünki bu, Polşaya ziyan vurur, Polşanın maraqlarına ziyan vurur”, – eks-prezident bildirib.

Mənbə: A Haber

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki