Polşanın xarici işlər naziri Radoslav Sikorski amerikalı sahibkar İlon Maska Avropa İttifaqının ləğvi çağırışından sonra tənqid dolu mesaj göndərib.
Doğru.az xəbər verir ki, Sikorski sosial şəbəkədə yazıb: “Marsa gedin! Orada nasist salamlarına senzura yoxdur”.
Qeyd edək ki, Mask daha əvvəl Avropa İttifaqının ləğv edilməsi və suverenliyin üzv ölkələrə qaytarılmasının vacibliyini bəyan etmişdi. Onun bu çağırışı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevdən dəstək alıb.
DOĞRU.AZ




























