image-n1karobka_ads
image-123
image-693b4f8802e8bd6e4d2f67e1backend

Putin Aşqabada gəldi

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin iki günlük səfərlə Türkmənistana gəlib.

Doğru.az xəbər verir ki, dövlət başçısını Aşqabad hava limanında rəsmi qarşılanma mərasimi ilə qarşılayıblar.

Məlumata görə, Putin Aşqabadda Beynəlxalq Sülh və Etimad İli, Beynəlxalq Neytrallıq Günü və Türkmənistanın daimi neytrallığının 30 illiyinə həsr olunmuş yüksək səviyyəli foruma qatılacaq.

Bununla yanaşı, səfər çərçivəsində Rusiya lideri bir sıra ikitərəfli görüşlər keçirəcək. Dekabrın 12-də isə onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla da görüşü planlaşdırılıb.

Putinin Türkmənistan səfərinin regiondakı siyasi əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinə yeni dinamika qatacağı gözlənilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki