image-n1karobka_ads
image-123
image-6914d44002e8bd7d296a9efebackend

Putin qazax dilində danışaraq rəssamları “altın” – yəni “qızıl” adlandırıb

image-ad_qayo_720x110px

Rusiya prezidenti Vladimir Putin Qazaxıstandan olan rəssamlarla görüş zamanı qazax dilini bildiyini nümayiş etdirib və onları “altın” (qızıl) adlandırıb.

Doğru.az xəbər verir ki, RİA Novosti-nin məlumatına görə, Kremldə keçirilən danışıqlardan sonra Putin və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Böyük Teatra gəliblər.

Putin tədbirdə çıxışı zamanı bildirib: “Aparıcıya qulaq asanda qazax dilim hələ çox yaxşı deyil, amma bir söz eşitdim — ‘altın’. Bəli, ‘qızıl’ deməkdir. Siz doğrudan da qızılsınız”.

Qeyd edək ki, bundan əvvəl Tokayevin səfəri münasibətilə keçirilən qala-ziyafətdə Putin iki ölkə xalqlarının dostluğu və firavanlığı üçün tost təklif etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki