Son bir neçə gündə əsasən ərəb ölkələrindən olan 400 qaçqın Rusiyadan Finlandiyaya köçüb.
Bu barədə “Fontanka” nəşri ərəbdilli gənclərin Finlandiya sərhədini keçməyin yollarını müzakirə etdiyi çatlara istinadən yazıb.
Nəşrin məlumatına görə, qaçqınlar Rusiya-Finlandiya sərhəddinə rus avtomobillərində aparılır, sonra isə velosipedlə təmin olunurlar.
Qeyd olunur ki, bu insanlar əvvəlcə sərhəddə onları nələrin gözlədiyi və orada qalmalarını necə asanlaşdıra biləcəkləri barədə məlumat axtarırlar.
“Dərhal qeyd etmək lazımdır ki, bu söhbətlərdə bir növ maliyyə yastığı olan insanlar ünsiyyət qurur. Pul olmadan heç kim sərhədi keçməyə belə cəhd etmir”, – nəşrin müxbiri yazır.
Mənbə: Sputnik

























