İsrail baş nazirinin baş müşaviri Mark Regev bildirib ki, İsrail təhlükəsizlik qüvvələri HƏMAS qruplaşmasına qarşı əməliyyat başa çatdıqdan sonra da Qəzza zolağında qalacaq.
Rəsmi bu barədə Amerikanın CNN telekanalına müsahibəsində bildirib.
Regevin sözlərinə görə, İsrailin HƏMAS üzərində qələbəsindən sonra terror təşkilatlarının canlanmasının qarşısını almaq lazımdır. Terrorçuları əvvəlcə məğlub edib, sonra yenidən peyda olmağa imkan verməyin mənası yoxdur. Buna görə də İsrail təhlükəsizlik qüvvələri Qəzza zolağında qalmalıdır.
Eyni zamanda, Regev vurğulayıb ki, anklavda təhlükəsizlik qüvvələrinin olması onun işğalı və birbaşa nəzarəti demək deyil.
Mənbə: A Haber