Qırğızıstanda Joqorku Keneş (yerli parlament) ölkə bayrağının dizaynının dəyişdirilməsi ilə bağlı qanun layihəsini birinci oxunuşda qəbul edib.
RİA Novosti bu barədə Qırğızıstan parlamentinin mətbuat xidmətinə istinadən xəbər verir.
“Joqorku Keneşin bu gün, noyabrın 29-da keçirilən iclasında deputatlar “Qırğızıstan Respublikasının dövlət rəmzləri haqqında” Qırğızıstan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə birinci oxunuşda baxıb qəbul ediblər”, – deyə parlamentin nümayəndəsi bildirib.
Qanun layihəsi noyabrın 28-də Ali Sovetin Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri və Reqlament komitəsi tərəfindən bəyənilib.
Əgər sənəd nəhayət təsdiq olunsa və qüvvəyə minərsə, o zaman bayraqdakı şüaların dalğavari forması düzə dəyişdiriləcək. Qanunvericilər hesab edirlər ki, indi şüalar daha çox günəbaxanla əlaqələndirilir, düz forma isə günəşə daha çox bənzəyəcək. Artıq yeni eskiz hazırlanıb.
Mənbə: RİA Novosti