Qızılın birja qiyməti oktyabrın sonundan bəri ilk dəfə bir troy unsiyası üçün 4200 dollar həddini keçib.
Doğru.az xəbər verir ki, TASS-ın ticarət məlumatlarına əsasən, Moskva vaxtı ilə saat 19:37-yə olan göstəriciyə görə, “Comex” birjasında dekabr ayı üzrə qızıl fyuçerslərinin qiyməti 2,01% artaraq bir troy unsiyası üçün 4199,75 dollar olub.
Qeyd edək ki, bundan əvvəl – oktyabrın 24-də – qızıl fyuçerslərinin qiyməti ilk dəfə bir troy unsiyası üçün 4150 dolları ötmüşdü.
DOĞRU.AZ




























