Nyu-York əmtəə birjasında (COMEX) qızıl fyuçerslərinin qiyməti tarixdə ilk dəfə rekord həddi aşaraq troya unsiyası üçün 4000 dolları ötüb.
Doğru.az xəbər verir ki, ticarət məlumatlarına əsasən, dekabr fyuçerslərinin qiyməti bir unsiya üçün 4000,05 dollara çatıb. Bu, COMEX birjasında indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.
Alfa-Forex-in müştəri dəstəyi və satış departamentinin rəhbəri Aleksandr Şneiderman daha əvvəl bildirib ki, qızılın qiyməti noyabrın əvvəlində 4000 dolları keçə bilər. Onun bu proqnozu qlobal iqtisadi qeyri-sabitlik və investorların təhlükəsiz aktivlərə yönəlməsi fonunda reallaşıb.
DOĞRU.AZ