image-2000x150px
image-123
image-ads_atlas
image-k36lpkeqvtdgm4qsxyoebackend

Qobustan Heyvandarlıq Nümayiş Kompleksində növbəti dəfə “Açıq qapı sərgi-satış yarmarkası” keçiriləcək

image-728x90px

Kompleksdə xarici cins “Simmental” inəklərin və “Murciana” keçilərinin dövlət güzəşti ilə satışı həyata keçiriləcək

“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti aprel ayının 15-də tabeliyində olan Qobustan Heyvandarlıq Nümayiş Kompleksində növbəti “Açıq qapı sərgi-satış yarmarkası” keçirəcək. Bu dəfə yarmarkada xaricdən gətirilən “Simmental” cinsli inəklərin və “Murciana” keçilərinin dövlət güzəşti ilə satışı həyata keçiriləcək.

Yarmarkada fermerlər heyvanlara canlı baxış keçirə, həmçinin, sərgi satış mərkəzində və auksionda hərraca qoşularaq istədikləri heyvanları əldə edə bilərlər. Sərgi salonuna gələn ziyarətçilər ölkədə və Avropada satışda olan heyvanlar haqqında videoçarxı izləyə bilər. Eyni zamanda, ziyarətçilərə bu heyvanların məhsuldarlığı, şəcərəsi, cins tərkibi, saxlanılma şəraiti barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, kompleksin daxilində heyvan satışını həyata keçirən lizinq şirkətləri, heyvanların sığortalanması üçün sığorta şirkətləri fəaliyyət göstərir. Bu, heyvan alqı-satqısı zamanı bütün prosesləri fermerlər üçün daha asan edir. Belə ki, bütün alqı-satqı, sığorta, lizinq, güzəşt tətbiqi prosesləri vahid mərkəzdə həyata keçirilməklə xidmətlərdə operativlik və şəffaflıq təmin edilir. Belə yarmarka və sərgilərin keçirilməsində əsas məqsəd yerli və xarici cins damazlıq heyvanların satışının təşkil edilməsi ilə fermerlərin cins heyvanlara əlçatanlığına nail olunması, yerli damazlıq təsərrüfatların yetişdirdiyi heyvanların satışını stimullaşdırmaqla onların inkişafına təkan vermək, ölkədə heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq, damazlıq təsərrüfatlar arasında koordinasiya yaratmaqdır.

Xatırladaq ki, Qobustan Heyvandarlıq Nümayiş Kompleksi həftə içi 5 gün, saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir. Kompleksdə texnika, heyvanlar və satış haqqında məlumatın verilməsi üçün 1659 satış mərkəzi də fəaliyyət göstərir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki