image-n1karobka_ads
image-123
image-69090cafae5ac9016c66abfbbackend

Rumıniya və Hollandiya 1 avroya F-16 döyüş təyyarələri üzrə müqavilə imzaladı

image-ad_qayo_720x110px

Rumıniya və Hollandiya 1 avro simvolik qiymətə 18 ədəd F-16 Fighting Falcon döyüş təyyarəsinin təhvil verilməsi üçün müqavilə imzalayıb.

Doğru.az xəbər verir ki, bu barədə məlumatı Rumıniya Milli Müdafiə Nazirliyi yayıb. Bildirilib ki, “F-16 Pilot Təlim Mərkəzinin bir hissəsi olan bu təyyarələr 1 avro qiymətinə Rumıniya dövlətinin mülkiyyətinə keçəcək”.

Nazirlik əlavə edib ki, Rumıniya döyüş təyyarələrinin elan edilmiş qiyməti və təxminən 100 milyon avro dəyərində logistik dəstək paketi əsasında 21 milyon avro əlavə dəyər vergisi ödəyəcək.

Müqaviləyə əsasən, Rumıniya NATO və tərəfdaş ölkələrin pilotlarının hazırlanması üçün mərkəzdə müəyyən sayda yer ayıracaq. Təyyarələr yalnız təlim məqsədləri üçün istifadə ediləcək.

Qeyd edək ki, bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukraynaya əlavə “Aster” zenit-raket kompleksləri və “Mirage” qırıcıları göndərmək niyyətində olduğunu bildirmişdi. Lakin Fransa Vətənpərvərləri Partiyasının lideri Florian Filippot Makronun bu planlarını kəskin tənqid edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki