image-2000x150px
image-123
image-ads_atlas
image-20231111_gaf_x99_230-pic_32ratio_900x600-900x600-62784backend

San-Fransiskoda APEC əleyhinə 80-dən çox etirazçı saxlanılıb

image-728x90px

San-Fransiskoda Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitinə qarşı etiraz aksiyalarında iştirak etdiyinə görə 80-dən çox adam saxlanılıb.

Bu barədə San-Fransisko Fövqəladə Hallar Mərkəzi xəbər verir.

Onlar aydınlaşdırıblar ki, bu şəxslər Bay körpüsündə baş verən nümayişlə bağlı saxlanılıb, 29 avtomobil təxliyyə edilib. Saxlanılanlar artıq sərbəst buraxılıb, lakin daha 5 nəfər həbs edilib və onlar həbsdə qalırlar.

San-Fransisko meri London Bredin ofisi bildirib ki, etirazlar əsasən dinc xarakter daşıyır və APEC-in əsas tədbirlərinə müdaxilə edə bilməz.

Öz növbəsində APEC-ə Yox Koalisiyasının nümayəndəsi Vil Viltşko əmin olduğunu bildirib ki, etirazçılar qarşılarına qoyduğu bir sıra məqsədlərə nail olublar. Onun fikrincə, etirazçılar gənclərin hakimiyyətin onların maraqlarını təmsil etməsindən narazı olduğunu açıq şəkildə ifadə edə biliblər.

Mənbə: CNN Türk

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki