image-2000x150px
image-123
image-ads_atlas
image-lhbq1x64hnbyldic30wypxxu8ycfgvxpttfznmbybackend

“Şəhərdən Kəndə” layihəsi çərçivəsində aqroturizm təsərrüfatlarına mediatur təşkil edilib – Fotolar

image-728x90px

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilən “Şəhərdən Kəndə” layihəsi çərçivəsində “Hope Lake” və “EKO Zaqatala” “aqroturizm təsərrüflarına mediatur təşkil olunub.

Media nümayəndələri “Şəhərdən Kəndə” layihəsi çərçivəsində dəstək göstərilən aqroturizm təsərrüfatları barədə məlumatlandırılıb, təsərrüfatlarda göstərilən xidmətlərlə yaxından tanış edilib.

Jurnalistlər əvvəlcə Zaqatalanın “Hope Lake” təsərrüfatında olublar. Burada onlara heyvandarlıq və quşçuluq təsərrüfatları barədə ətraflı məlumat verilib. Qonaqlar orqanik məhsullarla hazırlanan təamların dadına baxıblar.

Daha sonra media nümayəndələri Zaqatalanın Yuxarı Tala kəndində yerləşən “Eko Zaqatala” təsərrüfatında olublar. Burada qonaqlar arıçılıq təsərrüfatında müxtəlif arı məhsullarının hazırlanma qaydaları ilə yaxından tanış olublar.

Jurnalistlər Zaqatalanın milli yeməklərindən sürhüllü, maxaranın bişirilmə qaydası barədə də məlumat əldə ediblər.

Qeyd edək ki, “Şəhərdən Kəndə” layihəsinin məqsədi ölkəmizdə aqroturizmin inkişaf etdirilməsi, regionlarda yaşayan əhalinin məşğulluğunun artırılması, yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı, eləcə də şəhər sakinləri və xarici turistlər üçün fərqli turizm imkanlarının yaradılmasıdır.

DOĞRU.AZ

image-gxunbhfyvmumcocxpdap2mjdta3eebdvw5cqzxtr image-i3qvjajorpwyilgrqctajf0mr5w4nry8uqnnvkiw image-nc1nk86gl3a66vsvbd3hynow0ns0zkqdazmbmsef image-hiwor20fd7me38imaa06zdlvissfrbuovsjoqbhg image-ujidrgxvheo5yfhqoq64gtcnel4deo2qxozhevic image-mn7uimilfcxcujp6a5kwyptfrqyiq1zgjkpotegf image-gbcoo5ejstfm0iwq9vynlrjunfm2eqjiyf3mxz2p image-so0xflumndftjwv94c40a5enatg65sgjlvhtbmat

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki