Çin prezidenti Si Cinpin noyabrın sonunda keçiriləcək G20 sammitində iştirak etməyəcək.
Doğru.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Mənbənin yazdığına görə, Çin liderinin sammitdə iştirak etməməsi artıq ABŞ prezidenti Donald Trampın boykotuna məruz qalan Cənubi Afrika üçün əlavə zərbə hesab olunur.
Qeyd olunur ki, Si Cinpinin sammitə qatılmamasının səbəbləri hələlik açıqlanmayıb.
Xatırladaq ki, Donald Tramp daha əvvəl bəyan etmişdi ki, ABŞ nümayəndə heyəti Cənubi Afrikada keçiriləcək G20 sammitində iştirak etməyəcək. O, həmçinin Cənubi Afrikanın G20-də təmsil olunmamasını istədiyini bildirərək, ölkəni “kommunist zülmü altında olan respublika” adlandırmışdı.
DOĞRU.AZ




























