image-n1karobka_ads
image-123
image-6946b05402e8bd34911f44d1backend

Sikorski Orbana istehzalı “Lenin ordeni” ilə cavab verib – FOTO

image-ad_qayo_720x110px

Polşanın xarici işlər naziri Radoslav Sikorski Macarıstanın baş naziri Viktor Orbanı istehzalı şəkildə “Lenin ordeni” ilə “təbrik edib”.

Doğru.az xəbər verir ki, Sikorski Avropa Birliyi sammitində Kiyevə kredit ayrılması üçün dondurulmuş Rusiya aktivlərindən istifadə ilə bağlı razılığın əldə olunmamasına dair Orbanın paylaşımına X sosial şəbəkəsində bu formada cavab verib.

Polşa XİN rəhbəri paylaşımına SSRİ-nin “Lenin ordeni”nin şəklini əlavə edərək sadəcə “Təbrik edirəm” sözlərini yazıb. Bu addım sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Xatırladaq ki, dekabrın 19-da Avropa Şurasının prezidenti António Costa Aİ-yə üzv dövlətlərin 2026–2027-ci illər üçün Ukraynaya 90 milyard avro həcmində dəstək ayırmaq barədə razılığa gəldiyini təsdiqləyib.

Macarıstanın baş naziri Viktor Orban isə Aİ-nin Ukraynaya 90 milyard avroluq kredit vermək qərarının Brüsselin hərbi məntiqində köklü dəyişiklik demək olduğunu bildirib.

DOĞRU.AZ

image-screenshot_20251220_203512_chatgpt image-screenshot_20251220_203525_chatgpt

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki