ABŞ Ukraynanı qadağan olunmuş silahlarla, o cümlədən kaset bombaları və tükənmiş uran mərmiləri ilə təmin etməklə Avropada sülhü tapdalayır.
Bu fikri KXDR Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin rəhbəri Ço Çol Su Mərkəzi Teleqraf Agentliyinə (KCNA) müsahibəsində bildirib.
Diplomat bildirib ki, ABŞ-la yanaşı, Britaniya da Ukraynada münaqişənin davam etməsini istəyir, ona görə də Kiyev Qərb müttəfiqlərindən tükənmiş uran mərmiləri, 250 kilometr mənzilli qanadlı raketlər və tank əleyhinə silahlar alır.
Ötən həftə publisist Kim Yun Mi KCNA üçün yazıb ki, G7 dünya siyasətində, o cümlədən Ukrayna, Yaxın Şərq və Koreya yarımadasında mənfi rol oynayır, ona görə də klub ləğv edilməlidir.
Mənbə: Haber Global