image-n1karobka_ads
image-123
image-gettyimages-1244065359-pic_32ratio_900x600-900x600-82839backend

Starlink Qazaxıstanın kənd məktəblərinə qoşulub

Qazaxıstan hökumətinin mətbuat xidməti bildirib ki, respublikanın hakimiyyət orqanları test rejimində Amerikanın SpaceX şirkətinin Starlink texnologiyasından istifadə etməklə 10 kənd məktəbini internetə qoşub.

Bəyanatda iddia olunur ki, 2023-cü ilin oktyabr ayında 10 kənd məktəbi sınaq rejimində SpaceX-in Starlink texnologiyasından istifadə etməklə genişzolaqlı internetə qoşulub. Mətbuat xidmətindən əlavə ediblər ki, bu yolla məlumatların ötürülmə sürəti 200 Mbit/s-ə çatır.

Nəşr qeyd edir ki, ümumilikdə Qazaxıstanın ucqar məntəqələrində iki min təhsil müəssisəsini Starlink-ə birləşdirmək planlaşdırılır.

Bundan əvvəl amerikalı sahibkar Elon Musk demişdi ki, onun Starlink peyk internet biznesi zərərsiz səviyyəyə çatıb.

Mənbə: Gazeta.ru

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki