image-n1karobka_ads
image-123
image-693040d4ae5ac931946f34c6backend

Tramp administrasiyası 19 ölkədən immiqrasiya müraciətlərini dayandırdı

image-ad_qayo_720x110px

Tramp administrasiyası 19 qeyri-Avropa ölkəsindən olan şəxslərin yaşıl kart və vətəndaşlıq daxil olmaqla bütün immiqrasiya müraciətlərini dayandırıb.

Doğru.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Agentliyin yazdığına görə, qərar milli təhlükəsizlik və ictimai təhlükəsizliklə əlaqədardır.

Bildirilir ki, dayandırma iyun ayından etibarən qismən məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin vətəndaşlarına da şamil ediləcək. Administrasiyanın memorandumunda immiqrasiya maneələrinin sərtləşdirilməsi ilə bağlı yeni siyasət izah olunur və Əfqanıstan, Somali də daxil olmaqla, miqrasiya üçün “arzuolunmaz ölkələr” siyahısı sadalanır.

Qeyd edilib ki, Trampın ikinci prezidentlik müddəti başlayandan bəri Nyu-York ştatında cinayəti olan 7 minə yaxın qeyri-qanuni immiqrantın azad edilməsi barədə məlumatlar da mövcuddur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki