image-ads_n1karobka_mobile
image-w7gmsvc5kfpcflvmelng2bzyi4backend

Tramp Çinlə “çox dostcasına” rəqabət aparacağına söz verdi

image-add-a-heading

ABŞ prezidenti Donald Tramp Çinlə münasibətlərin gələcəyi ilə bağlı açıqlama verib.

Doğru.az xəbər verir ki, Reuters-in məlumatına görə, Tramp çərşənbə axşamı İndoneziya ilə yeni ticarət sazişinin imzalanmasını alqışlayaraq bildirib ki, ABŞ Çinlə “çox dostcasına” rəqabət aparmaq niyyətindədir.

Prezidentin bu açıqlaması ABŞ-Çin münasibətlərində yumşalma siqnalı kimi qiymətləndirilir.

Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Tramp və Çin prezidenti Si Cinpin arasında şəxsi görüşün keçirilməsinin istənildiyini açıqlamışdı.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki