image-n1karobka_ads
image-123
image-6920d4acae5ac911d21a63d5backend

Tramp Mamdaninin Nyu Yorkun əla meri olacağına ümid etdiyini bildirib

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Nyu-Yorkun yeni meri seçilən Zöhran Mamdaninin fəaliyyətinə dair nikbin çıxış edib. O, Ağ Evdə Mamdani ilə görüş zamanı onun şəhərə böyük töhfə verəcəyinə inandığını bildirib.

Doğru.az xəbər verir ki, Tramp görüşdə belə deyib: “Düşünürəm ki, sizin əla meriniz olacaq. O, nə qədər yaxşı etsə, mən bir o qədər xoşbəxt olacağam.” Bu fikirləri RİA Novosti dövlət başçısının sözlərinə istinadən yayıb.

Qeyd edək ki, Tramp daha əvvəl 34 yaşlı demokrat Zöhran Mamdaninin mer seçilməsini tənqid edərək, onun qələbəsinin “Birləşmiş Ştatların suverenliyinin bir hissəsinin itirilməsi” kimi qiymətləndirildiyini bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki