ABŞ prezidenti Donald Tramp Argentina prezidenti Xavyer Maylini aralıq parlament seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.
Doğru.az xəbər verir ki, Tramp bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib:
“O, gözəl iş görür! Bizim ona olan etimadımız Argentina xalqı tərəfindən doğrulduldu”, – deyə Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl Ağ Ev rəhbəri bəyan etmişdi ki, ABŞ Argentina kommunistləri və sosialistləri ilə əməkdaşlıq etməyəcək.
DOĞRU.AZ




























