image-n1karobka_ads
image-123
image-68ec6dfe02e8bd2a2f48e6c6backend

Trampın Bitcoin sərvəti 870 milyon dolları ötüb

image-ad_qayo_720x110px

ABŞ prezidenti Donald Tramp Bitcoin-də təxminən 870 milyon dollar dəyərində paya sahibdir və bu onu dünyada kriptovalyutanın ən böyük sahiblərindən birinə çevirir.

Doğru.az xəbər verir ki, Forbes-in məlumatına görə, Tramp bu vəsaiti Truth Social, Trump Media and Technology Group (TMTG) şirkətlərindəki payı vasitəsilə dolayısı ilə əldə edib. Lakin onun hökumətə təqdim etdiyi maliyyə açıqlamasında bu kriptovalyuta qeyd olunmayıb və Trump Organization aktivləri arasında da yer almır.

Məqalədə bildirilir ki, TMTG 2025-ci ilin mayında borc emissiyası və səhm satışı yolu ilə 2,3 milyard dollar vəsait toplayıb, iyul ayında isə bu gəlirin 2 milyard dollarını Bitcoin-ə yatırıb. Səhm satışı nəticəsində Trampın TMTG-dəki payı 52%-dən 41%-ə düşüb. Şirkətin böyük Bitcoin alışından sonra kriptovalyutanın qiyməti təxminən 6% artıb.

Qeyd olunur ki, 2019-cu ildə Tramp Bitcoin və digər kriptovalyutaları dəyərinin dəyişkən olması səbəbindən bəyənmədiyini açıqlamışdı.

Sentyabrın əvvəlində The Wall Street Journal Trampın bir gündə 5 milyard dollar qazandığını xəbər vermişdi. Oktyabr ayında ABŞ-ın Çinə qarşı yeni tarifləri elan etdikdən sonra isə Bitcoin 24 iyun 2025-ci ildən bəri ilk dəfə olaraq 105 min dollardan aşağı düşüb və Bloomberg-in məlumatına görə, ABŞ kriptovalyuta bazarı bir gündə 10 milyard dollar itirib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki