İsrail və Fələstinin Həmas hərəkatı arasında girov danışıqları ilə bağlı vəziyyət tərəflərin barışmaz mövqeyinə görə çox çətindir.
Agentliyin həmsöhbəti qeyd edib ki, bu prosesdə fəal vasitəçilik səyləri Qətər tərəfindən həyata keçirilir. Mənbə Ankaranın əlaqə saxladığını vurğulayıb.
“Həmas, İordan çayının qərb sahilində və Qəzza zolağında İsrail tərəfindən həbs edilən fələstinlilərin, ilk növbədə qadınların və uşaqların azad edilməsini tələb edir, İsrailin öz fundamental şərtləri var. Çox çətindir” dedi.
Noyabrın 12-də Fələstinin HƏMAS hərəkatının Livandakı nümayəndəsi Usamə Həmdan bəyan edib ki, İsrail Qəzza zolağından mülki girovların geri qayıtmasına mane olur.
Mənbə: Haber Global