Türkiyə nümayəndə heyəti qaz qovşağının yol xəritəsini müzakirə etmək üçün dekabrın birinci yarısında Sankt-Peterburqa səfər etməyi planlaşdırır.
RİA Novosti bu barədə Ankaradakı mənbəyə istinadən xəbər verir.
“Bəli, həqiqətən belə bir fikir var. Biz bu niyyətimizi rusiyalı həmkarlarımızla danışıqlarda ifadə etmişik”, – agentliyin həmsöhbəti bildirib.
Onun sözlərinə görə, hazırda təsdiqləmə işləri aparılır.
“İlkin olaraq bu, dekabrın birinci yarısı olacaq”, – mənbə qeyd edib.
Noyabrın 25-də Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak bəyan edib ki, Moskva və Ankara Türkiyə ərazisində qaz qovşağının yaradılması ilə bağlı yol xəritəsi üzrə yaxın vaxtlarda razılığa gələ bilərlər.
Mənbə: RİA Novosti