“WhatsApp” messencerinin ödənilməmiş cərimələrlə bağlı 21,7 milyon rubl borcu var.
Doğru.az xəbər verir ki, TASS məhkəməyə və digər materiallara istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, messencerə qarşı 2023-cü ilin martından bu ilin aprel ayına qədər üç icra işi açılıb. Onların arasında qadağan olunmuş məlumatların silinməməsinə və şəxsi məlumatlar sahəsində Rusiya qanunvericiliyinin pozulmasına görə cərimələr var.
“Ədalətli Rusiya – Həqiqət naminə” fraksiyasının rəhbərinin birinci müavini Dmitri Qusev əvvəllər “WhatsApp” və “Telegram” messencerlərindən istifadəçi məlumatlarının MAX rəqəmsal platformasına ötürülməsi üçün proqramın hazırlanması və maliyyələşdirilməsini təklif etmişdi.
DOĞRU.AZ